“Ağ Şəhər layihəsi Yol İnfrastrukturunun strateji inkişaf planı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağ Şəhərin şərqində yeni prospekt layihələndirilir. Bakı şəhər İcra Hakimiyyətinin 5 iyun 2012-ci il tarixli 227 saylı sərəncamına əsaslanan bu layihənin həyata keçirilməsi Bakının mərkəzinin yüklənməsinin qarşısının alınması, Ağ Şəhər infrastruktunun mükəmməlləşdirilməsi və ümumilikdə şəhərin nəqliyyat strukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını nəzərdə tutulur.
Hide player controls
Hide resume playing