Rusiya lideri Vladimir Putinin Luqansk və Donetskdəki qondarma qurumları tanıması və bu ərazilərin qorunması üçün rus ordusuna “sülhməramlı missiya” çərçivəsində o torpaqlara girməsini tapşırması hansı anlama gəlir? Əksəriyyət Putinin bu əsəb savaşından qalib ayrıldığı və “Qordi düyünü”nü qılıncla kəsdiyini düşünür, itirənin isə yalnız Ukrayna olduğu qənaətindədir. Əslində isə heç də hər şey göründüyü kimi deyil.
Hide player controls
Hide resume playing