Zeynəb Həsəni - Ağ Göyərçinim (Yeni 2024) Söz, Musiqi: Müseyib Göyçaylı Aranjiman: İsmayıl Alizadə Çəkiliş: ATV PR Menecer: Nadir Kərimov Vurğunuyam dağ dərənin Gördüyüm hər mənzərənin Qarşısında pəncərənin Dənlənirdi bir ağ göyərçin Əllərimi uzatdıqca Xoş ünsiyyət yaratdıqca Su verdikcə dən atdıqca Şənlənirdi bir ağ göyərçin Uçdu hara ağ göyərçinim Bəxdi qara ağ göyərçinim Uçdu getdi qayıtmadı Qayıtmadı ağ göyərçinim Könlüm onu unutmadı O könlümü ovutmadı Uçdu getdi qayıtmadı Qayıtmadı ağ göyərçinim Gözəlliyi harasında Gözlərinin qarasında Buludların arasında Gizlənirdi ağ göyərçin Uzağdan atmasaydılar daş Gözlərində olardımı yaş Bu təkliyə yavaş yavaş Öyrənirdi bir ağ göyərçin Zeynəb Həsəni - nin ifa etdiyi bütün audio və video məzmunlar “NK Media“ tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır! #ZeynebHeseni #Asiqem #ZeynebHeseni2024
Hide player controls
Hide resume playing