Sözləri: Əhməd Cavad Musiqisi: Üzeyir Hacıbəyov Mahnı Azərbaycanın dahi şairi Əhməd Cavadın 1914-cü ildə Gəncə şəhərində yazdığı “Çırpınırdı Qara dəniz“ şeirinə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən dörd il sonra - 1918-ci ildə bəstələnmiş musiqi əsasında yaranmışdır. O zaman Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib. Mahnı sözləri: Çırpınırdı Qara dəniz Baxıb Türkün bayrağına! “Ah!…” deyərdim, heç ölməzdim Düşə bilsəm ayağına. Ayrı düşmüş dost elindən, İllər var ki, çarpar sinən!.. Vəfalıdır gəldi, gedən, Yol vər Türkün bayrağına! İncilər tök, gəl yoluna, Sırmalar səp sağ, soluna! Fırtınalar dursun yana, Salam Türkün bayrağına! “Həmidiyyə” o Türk qanı! Həç birinin bitməz şanı! “Kazbek” olsun ilk qurbanı! Heyran Türkün bayrağına! Dost elindən əsən yellər, Bana şer, salam söylər. Olsun turan bütün ellər Qurban Türkün bayrağına! Yol ver Türkün bayrağına!!! Açar sözlər: Azerin cirpinirdi qara deniz, Azerin
Hide player controls
Hide resume playing