Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu | QƏRBİ AZƏRBAYCAN XRONİKASI “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində əhalisi daim işgəncələrə məruz qalan, yaşayış məskənləri viran qoyulan Vedi rayonu haqqında süjet hazırlanıb. “Ərazisi 5 dəfə bölünüb birləşdirilən rayon” adlı süjetdə ermənilərin mərhələ-mərhələ gerçəkləşdirdiyi qeyri-insani siyasət nəticəsində azərbaycanlıların min illər boyu yaşadığı tarixi – etnik torpaqlarından didərgin salınmasından bəhs olunur. Bildirilir ki, Qərbi Azərbaycanın Vedibasar mahalında, Türkiyə ilə sərhəddə dağarası düzənlik olan Ağrı vadisində yerləşən Vedi XVII əsrə kimi böyük yaşayış məntəqəsi olub. XIX əsrin əvvəlində burada təxminən 250 ailə yaşayıb və bunların 95%-i azərbaycanlılar, 5%-i isə ermənilər olub. Rusiya-İran müharibəsindən sonra imzalanan Türkmənçay müqaviləsinə əsasən, Vedi 1828-ci ildən Rusiya İmperiyasının işğalı altına keçib və dərhal bura ermənilər yerləşdirilib. XX əsrin əvvəllərində rayon Andranikin daşnak dəstələrinin hücumuna məruz qalıb. 1918-ci ildə Vedi Ermənistanın tərkibinə daxil edilib. 1918-1920-ci illərdə azərbaycanlılar vəhşicəsinə qovulduqdan sonra bura Türkiyə və İrandan gətirilən ermənilər yerləşdirilib. 1922-ci ildə burada 1 504 azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1 545 azərbaycanlı, 261 erməni, 1931-ci ildə 1 254 azərbaycanlı, 214 erməni yaşayıb. Qeyd olunur ki, mühüm strateji ərazidə yerləşən Vedi rayonu dəfələrlə ermənilərin məkrli siyasətinə, tez-tez ərazi inzibati dəyişikliklərinə məruz qalıb. 1930-cu il sentyabrın 9-da Böyük Vedi inzibati rayonu yaradılıb və 1946-cı ildə Vedi adlandırılıb. 1968-ci il mayın 5-də Vedi rayonunun adı yenidən dəyişdirilərək Ararat rayonu edilib. 1988-ci ilin noyabr ayında azərbaycanlılar sonuncu dəfə qovulduqdan sonra rayon üzrə 28 tarixi yer adları dəyişdirilib. 1995-ci ildə mərkəzi Qəmərli, yəni Artaşat olan Ararat mərzliyi yaradılıb. Qərbdən Türkiyə, cənubdan Azərbaycanla sərhəddə yerləşən mərzliyə Vedi, yəni Ararat, Qəmərli, yəni Artaşat, Zəngibasar, yəni Masis rayonlarının əraziləri daxil edilib. Sonda vurğulanır ki, Qərbi Azərbaycanın bir parçası sayılan Vedi rayonu da “etnik təmizləmə” və “türksüz Ermənistan” siyasətinin haqsız qurbanı olub: “Təbii ki, bu haqsızlıq əbədi ola bilməz və artıq zaman dəyişib. Ermənilər yürütdükləri çirkli siyasətin tələsinə düşüblər. Qərbi azərbaycanlılar isə doğma yurda qayıdışı səbirsizliklə gözləyirlər”. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu | QƏRBİ AZƏRBAYCAN XRONİKASI 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #qərbiazərbaycanxronikası #qərbiazərbaycan #andranik #vedi #vedibasar #ağrıvadisi #irəvan #qafqaz #ermənilər #rusiya #iran #türkmənçay #erməni #ermənistan #ararat 00:00 Giriş 00:15 Əhalisi işgəncələrə məruz qalan Vedi rayonu 01:00 19-cu əsrdə burda yaşayan 250 ailədən 95 faizi azərbaycanlı idi 02:07 1968-ci ildə Vedi rayonunun adı Ararat adına dəyişdirilir 02:57 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən sonuncu dəfə qovulur 03:23 Rayon üzrə 28 tarixi yer adı dəyişdirilir
Hide player controls
Hide resume playing