Salam, əziz izləyicilər. Həyətlərdə və əkin yerlərində alaq otları ilə mübarizə əsas işlərdən biridir. Bəzi alaq otları vardır ki, onların kökünü kəsmək müşgül məsələyə çevrilir. Bu videoda sizə belə alaq otlarından biri olan xardal bitkisinin necə güclü kök sisteminə malik olduğunu göstərməyə çalışırıq. Alaq otları ilə mübarizəni 100% icra etmək lazımdır. Əgər 0,1% belə şans versəniz, onda yenidən həyəti və ya əkin sahəsini bürüyəcəkdir. Alaq otları ilə mübarizənin ən asan və effektiv üsullarından biri herbisidlərdən (alaq dərmanı) istifadədir. Amma herbisidlərin də bəzi mənfi xüsusiyyətləri də vardır. Əgər sahə böyük, vaxt və işçi qüvvəsi azdırsa, kətmən ilə mübarizə mümkün olmur. Əkin sırasının ara məsafəsinə və digər səbəblərə görə kultivator ilə mübarizə də mümkün olmadıqda herbisidlərin istifadəsi qaçılmazdır. Əgər kimyəvi dərmanlama ilə torpağı və digər bitkiləri zəhərləmək istəmirsinizsə, onda mulçalamaqla alaq otlarının qarşısını ala bilərsiniz. Bu da öz növbəsində vaxt və maddi xərc tələb edir. Yenə də ən asan və ucuz başa gələn vasitə herbisid olur. Herbisid seçərkən əkdiyiniz bitkini mütləq nəzərə alın. Həmçinin, hava şəraitini, dozanı və məhlulun tətbiq metodunu və miqdarını da düzgün seçin. Əks halda alaq otlarından qorumaq istədiyiniz bitkilərinizi də tələf etmiş olarsınız və ya alaq otlarının məhvi uğursuz baş tutmuş olar. Ümid edirik ki, bu və buna oxşar videolar və dərsliklərlə müəyyən biliklər əldə edərək təsərrüfatınızda xeyirli işlər görə biləcəksiniz. Əgər görmə istədiyiniz bir iş haqda kifayət qədər məlumat toplaya bilməmisinizsə, lütfən, aqronomlardan məsləhət alın. Uğurlar olsun.
Hide player controls
Hide resume playing