Putinin mizofoniyadan əziyyət çəkməsi barədə qaynaqlarda məlumat olmasa da, onun bəlli səslərə qarşı qəzəbqarışıq qorxusu ən müxtəlif formalarda ifadə olunub. Həmin səslərdən biri Aleksey Navalnı 16 fevral tarixində əbədi susduruldu. Müxalif fəalın öldürülməsində ən böyük şübhəli Putin isə hazırda növbəti dəfə prezident seçilməyə hazırlaşır. Rusiyada üçgünlük seçkilərdə onun ciddi rəqibi yoxdur. Ukrayna müharibəsinə qarşı çıxan 60 yaşlı siyasətçi Boris Nadejdinin namizədliyi ötən ay Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rədd olunub. Bu dəfə Yaxın Planda Putinin yaratmağa çalışdığı “qorxmaz imici”ni yerlə-bir edən bir şəxsin portretini canlandırmağa çalışırıq. Aleksey Navalnı kim idi?
Hide player controls
Hide resume playing