Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur Azərbaycan Ordusunda 2024-cü ilin hazırlıq planına uyğun olaraq, silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər icra edilir. Hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə bölmələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin olunur. Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümə uyğun dəyişdirilir, həmçinin elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır. ____ Проводятся комплексные мероприятия по переводу вооружения и техники на осенне-зимний режим эксплуатации В соответствии с планом подготовки на 2024 год, в Азербайджанской Армии проводятся комплексные мероприятия по переводу вооружения, боевой и специальной техники на осенне-зимний режим эксплуатации. В целях обеспечения бесперебойной и правильной эксплуатации вооружения и техники в воинских частях в осенне-зимний период подразделения в централизованном порядке обеспечиваются горюче-смазочными материалами, необходимыми запчастями и оборудованием. В рамках комплексных мероприятий проводится замена горюче-смазочных материалов в соответствии с сезонными требованиями, осуществляется проверка исправности электро- и гидравлических систем. ____ Azerbaijan Army conducts comprehensive measures on transferring weapons and equipment into autumn-winter operation mode Azerbaijan Army conducts comprehensive measures on transferring weapons, combat and special equipment into the autumn-winter operation mode in accordance with the training plan for 2024. To ensure the uninterrupted and stable operation of weapons and equipment in military units during the autumn-winter season, subunits are centrally provided with fuel, lubricants, other necessary spare parts, and equipment. As part of the comprehensive measures, the equipment's fuel and lubricants are changed according to the seasonal requirements, and the operability of electrical and hydraulic systems is checked.
Hide player controls
Hide resume playing