Ramil Nabran - Məhəlləmiz “Məhəlləmiz“ Başımı qaşımağa vaxt tapmıram balam. Məhəlləmiz abadlaşır aram aram Qürbətdə yaşayan Azərbaycanlılara, Öz adımızdan ələykimə salam. Kimi kimin evini güdür eyvandan. Kimi xəlvət qonaq kimə hayandan. Kimə son xəbər bəzi qonşulardan, Bəzi qonşular uzaq yaxşılardan. Dedi qodular qiybətə qiybət Görən qoyan var hörmətə qiymət? Kimin oduna yanır bu millət ? Kimə sərf edir görən bu minnət? Məhəlləmiz, məhəlləmiz, məhəlləmiz, Məhəlləmiz, məhəlləmiz, yenə sənsiz. Qaz, su, işıq idarəsi şokdadır, Sayğaclar tərs gedir bu nə hoqqadır? Dünən yeddi şüşə oynayan qızların Bu gün balaları planşetdə tik tokdadı. Ey hərəkəti tükənən gənclərimiz, Biz fəlakətə təpik atan cinlər idik. Gecəyə kimi itib batıb çöllərdə. Məhlələr arası şellənərdik. Kimin üçün pay dağlar, dərələr, Kimin üçün pay beton məhəllələr Qara nivalar zülmət gecələri, Qarabalalar sürər dincələr. Zamanə o zamanə deyil, Dünya həmən dünyadır. Söz - Musiqi: Ramil Nabran Aranjman: Kamran D2R Montaj: Kamran D2R & Heydər
Hide player controls
Hide resume playing