Rusiya Qarabağdan erməni silahlılarını çıxaracaq - BAKU TV Dünyada alovlanan münaqişə ocaqları fonunda Cənubi Qafqazda bir sabitlik hökm sürür. Regiondakı təhlükəsizliyin və sabitliyin əsas qarantı olan Azərbaycan isə Ermənistanla sülh müqaviləsi imzalamaqla bütün gərginliyi aradan qaldırmağa çalışır. Lakin oyun oynamağı sevən ermənilər sülh göyərçini obrazında hələ də Azərbaycanla sərhəddə gərginlik yaratmağa davam edir. Onları bu cür qanunsuz hərəkətlərə ruhlandıran isə sülhməramlıların hələ də erməni silahlılarını Qarabağdan çıxarmamasıdır. Ötən gün məhz bu məsələnin müzakirəsi üçün Baş Qərargah rəisi Kərim Vəliyev Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kimlə görüşüb. Bu Vətən müharibəsindən sonra Qarabağda qalmış silahlı erməni tör-töküntülərinin çıxarılması istiqamətində ilk müzakirə idi. Ekspertlər düşünür ki, bu, Qarabağda yeni proseslərin başlamasına işarədir. Məlumdur ki, 2020-ci ildə Rusiya, Azərbaycan, Ermənistan arasında imzalanan 1
Hide player controls
Hide resume playing