Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilir Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilir. Təlimin başlanması ilə əlaqədar keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib. Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbuletmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır. ____ В ВМС проводятся командно-штабные учения Согласно плану боевой подготовки на 2022 год, утвержденному министром обороны генерал-полковником Закиром Гасановым, в Военно-морских силах проводятся командно-штабные учения. На брифинге в связи с началом учений командующий Военно-морскими силами контр-адмирал Субхан Бекиров заслушал доклады о ходе учений и предстоящих задачах. Было отмечено, что основной целью учений является совершенствование практических навыков командиров и штабных офицеров по оперативному принятию решений и эффективному применению имеющихся сил в различных условиях, возникающих при организации и ведении боя, в том числе повышение знаний и навыков личного состава. ____ Command-Staff Exercises are being held at the Naval Forces According to the combat training plan for 2022, approved by the Minister of Defense, Colonel General Zakir Hasanov, Command-Staff Exercises are being held at the Naval Forces. During a briefing conducted regarding the start of the exercises, the Commander of the Azerbaijan Naval Forces, Rear Admiral Subhan Bakirov, heard reports on the progress of the exercises and the upcoming activities to be carried out. It was noted that the main objectives of the exercises are improving the practical skills of commanders and staff officers in prompt decision-making and effective use of available forces in various conditions occurred during the organization and conduct of the battle, including increasing a military personnel’s knowledge and skills.
Hide player controls
Hide resume playing