Etibar Ayubov - Ay Bənövşə / Sözlər Ziyad Novruzoğlu ---- AY BƏNÖVŞƏ Bahar gəldi kol dibində, Gəzdim səni ay bənövşə. Yer eyləyib sinəm üstə, Düzdüm səni ay bənövşə. ---- Ətrin şirin, rəngin dolğun, Sən qəmlisən,mənsə yorğun. Dirsəkləıib orğun-orğun, Süzdüm səni ay bənövşə. ---- Heyran oldum nəfəsinə, Ləçəklərin incəsinə. Ömrümün səhifəsinə, Yazdım səni, ay bənövşə. ---- Bircə agah eylə bunu, Nədən əymisən boynunu? Bağışla Novruzoğlunu, Üzdüm səni ay bənövşə. Sözlər: Ziyad Novruzoğ
Hide player controls
Hide resume playing