Myvideo

Guest

Login

Pnhan Azim & Frman Krim - Mn hr gn xzrin sahili sndn danr #qzl #txmis

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Sene divane olub bir deli senden danışır Dili səndən,gözü səndən, əli səndən danışır Fərqi yoxdur diri yaxud, ölü, səndən danışır ' Mənə hər gün xəzərin sahili səndən danışır Dalğalar öyrənib insan dili səndən danışır Son görüş səhnəsini mən necə təkrarlıyıram? Zehni məcbur edərək zor-gücə təkrarlayıram Bilirəm yox dönüşü, sadəcə təkrarlayıram ' Ömrümün gündəliyin hər gecə təkrarlayıram, Sanki hər söz , bir ömür nisgili səndən danışır Gözümün yaşları fərz et sel açır qarşımda Neçə aşiq dilənir eşq,əl açır qarşımda Həsrətin bir günü fərz et il açır qarşımda 'Çevrilib kabusa hicran dil açır qarşımda, Məsum istəklərimin qatili səndən danışır Tapan eşqin itirər fani olan davranışı Qulağım səsləri qeyb eylədi,gözlər baxışı Təkcə bundan ayıra bilmədəyəm yazla, qışı ' Görür artıq yanağımdan süzülür yaz yağışı Külək insafə gəlir təcili səndən danışır Tutaraq dörd tərəfin daşla divar hörsəm də Min dəfə dərsini min tə'nə ilə  versəmdə Başqa bir ünvanı seçsəm, yolu göstərsəm də ' Sözü ağzımdan əzizim hara göndərsəm də, Sən olursan yenə son mənzili, səndən danışır Şairin öz qələmindən cızılan musiqinin Qəlbimə xatirələrlə sızılan musiqinin Sözləri hətta yadımdan pozulan musiqinin ' Sanki hər sevgiyə aid yazılan musiqinin Bəm olan yerləri məndən, zili səndən danışır Aşiqə təhdid olar? zərbə, zülüm qorxutmaz  Mürği dil duysa olar dilim-dilim, qorxutmaz Mənə tiğin,tikanın batsa, gülüm qorxutmaz ' Sən olan yerdə bu Pünhanı ölüm qorxutmaz Bir də gördün tapıb Əzrayili səndən danışır Fərman Kərim ✍️🏻 #şeir #qəzəl #ədəbiyyat #meyxana #2024 #punhanalatava #fərmankərim

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later