Söz - Zəlimxan Yaqub Səs: İmran Süleymanov --------------------------- ATA Şəklini böyüdə bilmirəm, ata, Şəkil böyüdənə verə bilmirəm. Səninlə bağlıydım yurda, həyata, Sənsiz bu dünyanı görə bilmirəm. Söz səndən düşəndə qırılır sözüm, Səssizlik gəzirəm, dözmürəm səsə. Böyük şəkillərdən su içmir gözüm, Şəklin böyüyündən qorxuram, nəsə... Ürəyin başından asılan kəsi, Xalıdan, divardan asmaq çətindir. Yoxdursa bir evdə ata nəfəsi, Gözlər sataşanda susmaq çətindir. Gəlmək istəmirəm sənlə üz-üz&
Hide player controls
Hide resume playing