Bu kəndin adı Edillidir, şəkilçisindən də görünür ki, türk toponomidir. Bir az araşdıranda məlum olur ki, qardaş Qars mahalında da Edilli adlı kənd var, uzaq Qırğızıstanda isə bu adlı tayfa yaşayır. Edilli, Ağbulaq və Axullu bir-birinə yaxın üç kənddir. Kəndlər uca dağların və hündür təpələrin arasında, tam əhatəsində yerləşir. Dörd yana baxırsan, gədəbəylilər demişkən, anrı üzü görünməyən yüksəkliklərdir, buralara keçmək üçün bir təpə aşmaq lazım gəlir. Bu üç kənddə hələ lap qədimlərdən azərbaycanlılar çoxluqda yaşayıb, ermənilər azlıqda olub. Vaxtilə bu kəndlərdə yaşamış, uşaqlıq və gəncliklərini bu dərələrdə keçirmiş, hazırda isə jurnalistlərlə birlikdə öz dədə-baba yurdlarına səfər edən gözləri nisgilli adamlar bizə bu kəndlərin keçmişindən danışdılar. Sovet vaxtı buralarda iç-içə yaşayan ermənilərlə azərbaycanlılar arasında dostluq, mehribanlıq hökm sürüb. Hətt
Hide player controls
Hide resume playing