Çinin Rusiyaya göndərdikləri ABŞ-ni silkələdi | Pekini cəzalandırmaq üçün... Qərb ölkələrinin ağır sanksiyaları altında qalan Rusiyanın hərbi sənaye texnikasını gücləndirmək üçün çiplərə ehtiyacı yaranıb. Kremldə düşünürlər ki, Qərbin onların silahlanmasına qarşı tətbiq etdiyi maneəni yalnız belə dəf etmək olar. Xüsusilə Rusiyanın yaxın müttəfiqi Çin çip istehsalında aparıcı rola malik dövlətdir. Ancaq nədənsə Moskva və Pekin bu məsələdə bazarlığı qeyri-rəsmi kanallar vasitəsilə aparır. Son zamanlar Honq-Konqdan yük daşımalarının həcmi artıb. Rusiya hazırda elektromexanikanın 90 faizini Çindən alır. Bir ölkənin belə mühüm məsələdə digər ölkədən bu qədər asılı hala düşməsi rus cəmiyyətində müzakirələrə səbəb olub. “Çin Rusiya bazarından rusları çıxardır“ deyirlər. Ölkə demək olar ki, başdan-başa Çin elektron malları ilə doludur. Ancaq çip alveri ilə bağlı yayılan məlumatlar okeanın o tayında narahatlıqla qarşılanıb. “New York Times“ın verdiyi məlumata görə, son 2 il ərzində Rusiya Çindən 8 milyondan çox çip əldə edib. Honq-Konqdan Rusiyaya göndərilən məhsulların siyahısına çiplərlə yanaşı, diodlar, rəqəmsal yaddaşlar və inteqral sxemlər daxildir. Bu barədə məlumatlar Qərb mediasındə geniş şəkildə işıqlandırılır. Həmçinin ABŞ dövlət rəsmiləri arasında da bu məsələ narazılıqla qarşılanır. Dövlət katibi Entoni Blinken çinli həmkarı Van Yi ilə Laosda görüşərək bu barədə ABŞ dövlətinin narazılığını Çinə rəsmi şəkildə çatdırıb və rəsmi Pekinə cəza tədbirləri tətbiq edəcəyini bildirib. ABŞ-nin sanksiya ilə bağlı təhdidi Çində böyük narahatlıqla qarşılansa da, Pekin Moskva ilə ticarətdən imtina etmək fikrində deyil. Əksinə, elektronika sahəsində iki dövlət arasında ticarət dövriyyəsi getdikcə artır. Çinin ən çox qorxusu bank sistemləri ilə bağlıdır. Belə ki, ölkənin bu sahəsində əsas sərmayələr Qərb dövlətlərinə məxsusdur. Son zamanlar bu yatırımların getdikcə Çindən çəkilməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Çinin Rusiyaya göndərdikləri ABŞ-ni silkələdi | Pekini cəzalandırmaq üçün... 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #çin #rusiya #abş #pekin #cəza #çip #elektronikasahəsi #kreml #çipistehsalı #bazarlıq
Hide player controls
Hide resume playing