Myvideo

Guest

Login

Dilnoza Akbarova - Bayati Siraz O Ses zbkistan Ayaga Qaldiran Hmin Mhtm fa

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Azərbaycanın məşhur muğamlarından olan ‘’Bayatı-Şiraz’’ Özbəkistanı da sehrləyib. xəbər verir ki, qardaş ölkədə keçirilən ‘’O səs Özbəkistan’’ mahnı yarışmasında gənc müğınni Dilnoza Akbarova (Əkbərova) vaxtilə Tacir Şahmalıoğlunun oxuduğu stildə ‘’Bayatı-Şiraz’’ oxuyub. Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramovun Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalındakı ifasından sonra yeni nəfəs və yeni həyat qazanan ‘’Bayatı-Şiraz’’ımız hazırda Türk Dünyasını dolaşmaqda və özünə heyran qoymaqdadır. Bu ifadan da göründüyü kimi, ‘’Bayatı-Şiraz’’ özbək münsifləri və tamaşaçıları da sehrləyir. Buna görə də həmin möhtəşəm video-parçanı oxucularımızın seyrinə təqdim edirik. ‘’Bayatı-Şiraz’’ 7 əsas muğam dəstgahlarımızdan biridir. Bayatı isə türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Üzeyir Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə edib. Üzeyir Hacıbəyov ‘’Bayatı–Şiraz’’ haqqında yazır: “Bədii – ruhi təsir cəhətdən... ‘’Bayatı – Şiraz’’ dinləyicidə qəmginlik hissi oyadır.“ Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində ‘’Bayatı – Şiraz’’ dəstgahı 17 şöbə və guşədən ibarətdir.

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later