Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmədə Tofiq Yaqublu bildirib ki, Penitensiar Xidmətin əməkdaşları onun müdafiə hüququnu pozurlar. Siyasətçinin istintaq materialları ilə əlaqədar apardığı qeydlərlə bağlı yazdığı vərəqlər əlindən alınır. Vəkil Aqil Layıc bununla bağlı vəsatət verib. Məhkəmə Tofiq Yaqublunun sənədlərinin geri verilməsi ilə bağlı vəsatəti təmin edib. Tofiq Yaqublun qızı Nigar Həzinin sözlərinə görə, məhkəmədə jurnalistlərin çəkiliş etməyinə icazə verilmir, lakin başqa proseslərdə jurnalistlərin çəkiliş etməsi təmin olunur: “Əgər siz haqlı tərəfsinizsə və deyirsinizsə ki, Tofiq Yaqublu mənim pulumu mənimsəyib, çıxın mətbuat önünə. Jurnalistlərə deyin ki, Tofiq Yaqublu mənə 1 günə Almaniya vizası və Almaniyada oturum söz verib. Zərərçəkmiş kimi tanınan şəxs məhkəmədən hakimlərin çıxdığı arxa qapıdan çıxır. Burada bir zərərçəkən var, o da Tofiq Yaqubludur. İki prosesdə hakim jurnalistlərə icazə verdi ki, 2-3 kadr götürsün, foto çəksin, amma sonra hakimlərə təpindilər, artıq icazə verilmir”. Məhkəmə vəkil Aqil Layıcın verdiyi daha bir vəsatəti təmin edib. Vəsatət zərərçəkmiş kimi tanınan Elşən Hüseynovun gəlirlərinin mənbəyi ilə bağlı olub. Növbəti məhkəmə prosesi avqustun 23-ə təyin olunub. Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin (külli miqdarda ziyan vurmaqla dələduzluq), (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir. Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır. Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir. Bizi digər sosial şəbəkələrdə izləyin. Çəkin göndərin yayımlayaq - Whatsapp: 994 55 785 20 93 (Nurlan Libre)
Hide player controls
Hide resume playing