Ukraynaya son sutkada 60-dan çox raket atılıb - BAKU TV () Aktual xəbərlərimiz Ukraynanın Nikolayev vilayətində partlayış olub. Bu barədə vilayətin Dövlət Administrasiyasının rəhbəri Vitali Kim bildirib. Həmçinin Zaporojye vilayətində də partlayışların baş verdiyinə dair məlumat yayılıb. Oktyabrın 11-də Rusiyanın Ukrayna ərazisinə raket hücumları davam edib. Xəzər dənizinin Rusiyaya aid hissəsindən və Saratov vilayətindən Krivoy Roq istiqamətində ümumilikdə 20 qanadlı raket atılıb. Məlumata görə, raketlər zərərsizləşdirilib. Kiyev vilayətinin hava məkanında Rusiyanın daha bir raketi vurulub. Ukraynanın Xmelnitski vilayətində isə İran istehsalı olan “Şahed-136” dronu məhv edilib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata əsasən, Rusiya son sutkada Ukrayna ərazisinə 60-dan artıq raket atıb, 32 aviazərbə endirib, eləcə də reaktiv yaylım atəşi sistemindən atəş açıb. Rusiya 30-dan artıq şəhər və kəndə, o cümlədən Kiyev, Lvov, Rovno, Jitomir, Ternopol, Xmelnitski, İvano-Frankovsk, Vinnitsa, Priluki, Konotop, Xarkov, Kremençuq, Dnepr, Krivoy Roq, Zaporojye, Nikolayev, Odessaya aviazərbələr endirib. Hadisə nəticəsində mülki şəxslər arasında ölənlər var, onların sayı dəqiqləşdirilir. Məlumata görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Xarkov və Xerson istiqamətində əks-hücumunun qarşısını ala bilmir. Ukrayna Baş Qərargahından bildirilib ki, Belarus hakimiyyəti öz hava məkanından Rusiyanın Ukraynaya aviazərbə endirməsinə şərait yaradır. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Ukraynaya son sutkada 60-dan çox raket atılıb © 2022 © All Rights Reserved ℗ Baku TV #ukrayna #sonsutka #60raket
Hide player controls
Hide resume playing