Arazın o tayını min bir hiylə ilə əldə edən İran bu taydan da gözünü çəkmək istəmir. Arazın bu tayından aldığı şilləni unudan İran yenə Azərbaycana əzələ nümayiş etdirmək istəyir. Amma İran Azərbaycana birbaşa hərbi müdaxilədən çəkinir. Hazırda hər nə qədər diqqətini daxili məsələlərinə cəmləsə də, Türkiyənin öz qardaşını və strateji maraqlarını unutmayacağını İran da yaxşı bilir. Regionda və dünyada yeganə həqiqi müttəfiqi Ermənistan olan İran Azərbaycan kimi onlarla ölkəni özündən uzaqlaşdırmağı bacarıb. Azərbaycanın isə müttəfiqi yalnız Türkiyə deyil. İranı Azərbaycanla açıq müharibəyə girməkdən çəkindirən daha bir məqam isə təbii ki, cənubi azərbaycanlılar faktorudur. 600 minə yaxın şəxsi heyəti olan İran ordusunun təxminən yarısını soydaşlarımız təşkil edir. İran yaxşı bilir ki, əgər müharibə baş verərsə, qardaş qardaşa silah tuşlamayacaq. * . #bakı #iran #tehran #sepah #təbriz #güneyazərbaycan #irancasusları #israil #terror #sülh #müharibə #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondeqiqe #sondəqiqə #sondakika #haber #haberler #video #gündem #news
Hide player controls
Hide resume playing