Myvideo

Guest

Login

Su niy yax qzmr Cavab:

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Salam, əziz izləyicilər. Qış fəslində isti suya olan tələbatımız digər fəsillərdəkindən daha çox olur. İsti su bizə qışda baha başa gəlməklə yanaşı, həm də çətin başa gəlir. Bir çoxlarımız, xüsusilə də “pitiminutka“ adlandırılan qaz kalonkasından istifadə edənlərimiz suyun kifayət qədər qızmamasından şikayətlənir. Bu yazımızda buna aydınlıq gətirməyə çalışacağıq. Demək olar ki, hamı qaz kalonkasını “pitiminutka“ adlandırdığından, biz də bu cür ifadə edəcəyik. Pitiminutka istifadəçiləri əsasən qışda şikayətlənirlər ki, su əvvəlki kimi qızmır. Cavabı çox asandır: yayda çənin suyu isti olur, pitiminutka da o suyu bir az da isitmək üçün çətinlik çəkmir. Qışda isə hər yerdə, o cümlədən də bizim çənlərimizdə su soyuq olur. Suyun temperaturu yaydakı ilə müayisədə təxminən 20°C dərəcə az olur. Yəni, pitiminutka qışda suyu 20°C daha çox qızdırmalıdır ki, bizi qane etsin. Başqa qurğular kimi, pitiminutkanın da müəyyən gücü olur. Məsələn, əgər pitiminutka 24 kWt gücündədirsə, o qışda da maksimum bu gücdə işləyə bilər, yayda da. Yəni, qışda onu öz gücündən artıq işlətmək mümkün deyil. Qışda suyun yaxşı qızmamasına səbəb olan əsas amil - pitiminutkaya gəlib çatan suyun soyuq olmasıdır. Daha ətraflı videoda izah etmişik. Həmçinin, yuxarıda qeyd etdiyimiz saytdan oxuya bilərsiniz.

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later