------Qocalıq-------- Ağrılarla dostam artıq, Xoş gəlmisən sən, qocalıq! Oldun axır ki, ömrümə Doğma kimi tən, qocalıq! Ömür yolu döngə-döngə Can yorulub gəlir təngə, Gündən-günə sayə rəngə Boyanır hər yan, qocalıq! Yağır payızın yağışı, Hələ qabaqdadır qışı... Nə tez bürüdü dağ-daşı, Ətrafı da çən, qocalıq! Cavanlığı salıb yola Oldum mən də üzüyola... Ömür-günə dola-dola Deyir mənəm-mən qocalıq! İnanmazdım hər nağıla, Gətirməzdim heç ağıla Vaxt da dönüb əzrailə Alar bir gün can, qocalıq! Xoş gəlmisən sən, qocalıq! Əlövsət Kərim
Hide player controls
Hide resume playing