Myvideo

Guest

Login

В Украине погибли более 15 азербайджанцев

Uploaded By: Myvideo
11 views
0
0 votes
0

Источник: Ukraynada 15-dən çox azərbaycanlı həlak olub Bunu Ukraynada yaşayan azərbaycanlı aktivist Yalcin Qahramanoglu bildirib. O, Xerson uğrunda savaşda şəhid olmuş Hüseynov Səidin dəfn mərasimi zamanı bunları deyib: — Bu günə qədər 15-dən çox azərbaycanlı Ukraynanın müdafiəsi uğrunda savaşlarda həlak olublar. Sual yaranır ki, niyə azərbaycanlılar Ukraynanın ərazi bütövlüyü uğrunda savaşırlar. Müxtəlif səbəblər var. Birinci səbəb odur ki, Ukrayna bizim üçün ikinci vətəndir. İkinci odur ki, Ukraynada - Krımda bizim qan qardaşlarımız tatarlar yaşayır. Digər səbəblər də var. Əsas da odur ki, biz azərbaycanlılar qafqazlı kimi çox yaxşı bilirik ruslar kimdir, rus hərbçiləri kimdir. Kimdir rus işğalçıları. Ona görə ki, onlar dəfələrlə bizə hücum ediblər, öldürüblər bizim insanları. Necə ki, indi Ukraynada uşaqları öldürürlər, 90-cı illərdə bizdə də eyni qətlləri törədiblər. Azərbaycanlılar öz tarixlərini yaxşı bilirlər və bunun üçün Ukraynanın ərazi bütövlüyü uğrunda vuruşurlar. Nəhayət, mən düşünürəm ki, bu müharibə bizim xalqların taleyini müəyyən edir. Raşist ordusunun üzərində qələbədən sonra bu xalqlar azad yaşaya biləcəklər. Azərbaycan, eləcə də Ukrayna xalqlarının faciələrində raşist ordusunun, Kreml diktaturasının xüsusi rolu var. Mən düşünürəm ki, biz qalib gələcəyik və biz azərbaycanlılar bu prosesdə aktiv iştirak edəcəklər. Slava Ukrayna!

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later