Elruzo “Tənhalıq“ mahnısı artıq onlayndır. Elruzo-ya YouTube-da abunə ol: @elruzo Söz: Elruzo Miksinq və masterinq: Enkor Elruzo-nu sosial şəbəkələrdə izlə: Instagram: Sözlər: [Nəqərat] Yol uzun, zülmət gecə! Ürəkdə buzu, əridim necə? Hər kəsə qarşı soyuq olmuşam Pisəm yoxsa yaxşı, sadəcə yorulmuşam [Bənd 1] Mənə lazımdır tək qalım bir müddət Yoxsa hər kəslə pozulacaq münasibət Tək yaşamaq azadlıqdır yoxsa tənhalıqdır? Mənə görə hər ikisi bir varlıqdır Ört pəncərənin pərdəsini hey Duyum sakitliyin səsini hey Özümlə tək-bə-tək, qaranlıq bir otaq Fikrlərə aydınlıq, yaranır bir maraq Telefonum qoy qalsın təyyarə rejimində Vəziyyət pis deyil, varsa siqaret cibimdə Şəhərin səs-küyündən uzağa qaçım Həyatımda hmm yeni səhifə açım [Nəqərat] Yol uzun, zülmət gecə! Ürəkdə buzu, əridim necə? Hər kəsə qarşı soyuq olmuşam Pisəm yoxsa yaxşı, sadəcə yorulmuşam [Bənd 2] Yox heç kəsə inam, itib etirbarlıq Deyilir yalan, necə nağıl qızıl balıq Saxta gülüşdən üzdə yaranıb qırışlar “Hər kəsi yola vermək” üzrə düşür alqışlar Dalımca danışır, üzümə gülür Hər kəs ancaq öz xeyirini güdür Dənizin ortasında tək bir ada Əgər yoxdur dəstək bu dünyada batar adam Güc sona çatır, amma döz yenə Hər şey aydındır mənə bir söz demə! Uğursuzluğun adı olub “göz dəymə” Mən gedirəm qapını bağla gözləmə [Nəqərat] Yol uzun, zülmət gecə! Ürəkdə buzu, əridim necə? Hər kəsə qarşı soyuq olmuşam Pisəm yoxsa yaxşı, sadəcə yorulmuşam Elruzo tərəfindən ifa olunan “Tənhalıq“ parçasının rəsmi videosu © 2023 Etiketlər: #Elruzo #Tənhalıq
Hide player controls
Hide resume playing