“Allahım, yer üzünün bərəkətini onlara haram et, onları dəstə-dəstə parçalayıb dağıt, …onları zillətlə öldür, birini də sağ buraxma!”. (Aşura günü Imam Hüseynin (ə) öz düşmənləri üçün etdiyi bəd-dua). Tarixdən məlumdur ki, Aşura faciəsi zamanı İmamın və səhabələrinin qətlində əli olan əksər şəxslər öz cinayətlərinə müvafiq şəkildə cəza almışar. Imamın intiqamını almaq şüarı ilə çıxış edən Muxtar bu şəxslərin hər birini ayrı-ayrılıqda ələ keçirib ən amansız üsullarla edam etdi. Kərbəla hadisəsində iştirakı şübhəsiz olan adamları öldürəndən sonra bir qayda olaraq bədənini yandırıb külünü havaya sovururdular. Sıravi adamları əl keçirəndə isə əvvəlcə onların bu cinayətdə əli olub-olmadığını yoxlayır, günahı olduğu təqdirdə öz cəzasına çatdırırdılar. Muxtar hətta Aşura qatillərini o qədər murdar bilirdi ki, ayaqqabısı ilə onlara toxunandan sonra ayaqqabının altını pak edirdi. Muxtarın əmri ilə cəzalandırılmış cinayətkarlardan bir neçəsinin aqibətini xatırladırıq: Ömər ibn Səd , Şimr ibn Zil-övşən , Sinan ibn Ənəs , Xuli ibn Yezid Əsbəhi , Hərmələ ibn Kahil Əsədi , Hüsayn ibn Nümeyr Kindi , Əmr ibn Həccac Zibeydi , Həkim ibn Tüfeyl Tai , Bəcdəl ibn Süleym , Übeydullah ibn Ziyad Səsləndirdi : İsmayıl Qajar #ashura #asura #ismayilqajar
Hide player controls
Hide resume playing