Şamama Həsənova (7 noyabr 1923[1], Arayatılı, Qaryagin qəzası – 5 sentyabr 2008, Bakı) — İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü. Şamama xanım Həsənova 1923-cü il noyabrın 7–də indiki Füzuli rayonunun Arayatılı kəndində anadan olmuşdur. Gənc yaşlarından Füzuli rayonunun “1 May“ kolxozunda əmək fəaliyyətinə başlayan Şamama Həsənova qazandığı nailiyyətlərə görə 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkədə iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü kimi o, böyük şöhrət qazanmış və bu hərəkatın geniş vüsət almasında mühüm rol oynamışdır. 1950-ci ildə onun əmək rəşadəti bir daha layiqincə qiymətləndirilmiş və Şamama Həsənova ikinci dəfə Əmək Qəhrəmanı adını qazanmışdır. O, sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə qazanan nadir şəxsiyyətlərdən biri olmuşdur.
Hide player controls
Hide resume playing