Myvideo

Guest

Login

Painyan mtlq Azrbaycana glsin v... | Dnya liderlri hrkt kedi

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Paşinyan mütləq Azərbaycana gəlsin və... | Dünya liderləri hərəkətə keçdi “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əsas maneə artıq aradan qalxıb, Qarabağ məsələsi bütünlüklə həll olunub. Ermənistanın Baş naziri isə sülh prosesini pozur”. Bunu rusiyalı politoloq Sergey Markov Nikol Paşinyanın konstitusiyalar arasında paralellik aparmaq cəhdlərinə münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş bütün rayonlar üzərində nəzarəti bərpa edib: “Ermənistanın Baş naziri isə sülh müqaviləsinin imzalanmasına mane olur. Bir çox ölkələrin liderləri Nikol Paşinyana deyirlər ki, COP29 tədbiri zamanı Azərbaycana gəlsin və hər kəsin gözü önündə sülh müqaviləsi imzalansın. Amma o buna razılıq vermir, münasibətləri gərginləşdirir. Aydın şərtlər var: bizə lazımdır ki, Ermənistan Konstitusiyasında bu ölkənin Qarabağla bağlı Azərbaycana qarşı ərazi iddialarının izi belə qalmasın. Amma o, Konstitusiyaya dəyişikliklər etməmək qərarına gəlib və dəyişiklikləri 2027-ci ilə təxirə salıb. Bu isə Ermənistan tərəfdən sülh müqaviləsinin imzalanmaması üçün təxribatdır”. “Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdı. Qarabağ problemi həllini tapıb. ATƏT-in Minsk qrupu artıq mövcud deyil. O, siyasi meyitdir, halbuki özünü hələ də diri göstərməyə çalışır. Minsk qrupu Qarabağ münaqişəsinin həll yolunun tapılmasına yönələn addımlara süni əngəllər yaratmaqla məşğul olub və Azərbaycanı birbaşa hərbi yolla öz ərazilərində nəzarəti bərpa etməyə məcbur edib”, – rusiyalı politoloq əlavə edib. Qeyd edək ki, ötən günlərdə media qarşısına çıxan Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyasında iştirakının həmin dövrdə formalaşacaq vəziyyətlə əlaqəli olacağını bildirib. O, hələ də bu barədə yekun qərar vermədiyini sözlərinə əlavə edib. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Paşinyan mütləq Azərbaycana gəlsin və... | Dünya liderləri hərəkətə keçdi 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #paşinyan #azərbaycan #ermənistan #dünyalideri #sergeymarkov #sülhmüqaviləsi #qarabağ #başnazir #politoloq #nikolpaşinyan

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later