“Sovet Azərbaycanı“ kinojurnalının 11-ci buraxılışından olan bu süjetdə Xaqani küçəsində yeni istifadəyə yeni istifadə verilmiş binasında “Aktyor evi“nin açılışı öz əksini tapır. Həmin binada hazırda Azərbaycan Teatr Xadimləri İttifaqı yerləşir. Süjetdə dəyərli şəxsiyyətlərimiz sırasında aktrisa Nəsibə Zeynalova, Hökümə Qurbanova, aktyorlar Lütfəli Abdullayev, Əliağa Ağayev, Şəmsi Bədəlbəyli, yazıçılar Mirzə İbrahimov, Anar Rzayev, rejissorlar Tofiq Tağızadə, Mehdi Məmmədov, Adil İsgəndərov, şair Süleyman Rüstəm, rəssam Mikayıl Abdullayev, bəstəkarlar Maestro Niyazi, Cahangir Cahangirov, mədəniyyət naziri Zakir Bağırov və başqalarını görürük.
Hide player controls
Hide resume playing