➤Kanalıma abun' olmaq üçün; ➤Facebook’dan izləmək üçün; Əziz dəyərli izləycilərmiz bu kanalı açmaqda bizim məqsədimiz Dini islami dəyərləri Azərbaycan və müsəlman ailəsinə təqdim etməkdir - Hər birnizi İlahi təqvayə Riaət etməyə dəvət edirik Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: “WediaCorp Azərbaycan“ © Video'nun başqa youtube kanallarinda yayımlanması qadağandır !!! #TeqvaTv ## #HaciSahin #HaciRamil #HaciSurxay İslama görə Yeni il haramdırmı? - İlahiyyatçı Ana səhifə Toplum 12 Punto 14 Punto 16 Punto 18 Punto Hər il olduğu kimi, yəqin bu il də Yeni il ərəfəsində bir çox sosial şəbəkələrdə “bu profilin sahibi Yeni ili qeyd etmir“ və ya Yeni ilin atributu sayılan Santa Klausun (Clause) (Şaxta Baba da demək olar) üzərində çarpaz xətt çəkilmiş şəkillərin mühafizəkar sahibləri az sonra hücuma keçəcəklər. Həqiqətən də əksəriyyət uşaqların marağına və sevinməsinə səbəb olan şam ağacının qurulmasında, Yeni il şənliklərində iştirak etməkdə, Şaxta Babayla şəkil çəkdirməkdə hansı qəbahət və təhlükələr vardır? Məgər biz bu şənliklərə qatılıb, Şaxta Babanın hədiyyəsini alarkən sevinib, şam ağacını valideynlərimizlə birgə bəzyib böyümədikmi? Hər hansı bir bayramın keçirilməməsi üçün onun dindəki dəlilinə baxmaq lazımdır. Yeni ilin bayram kimi qeyd olunmasının haramlığına dair islamda heç bir dəlil yoxdur. Əgər bir bayram anti-islam mahiyyəti daşıyarsa, başdan sona şirki əhatə edərsə, içki və qadınlarla əylənmədən ibarət olarsa, o bayramın qeyd olunması qəti surətdə haram sayılardı. Hər bir xalqın öz mədəniyyəti, adət-ənənəsi və bayramları vardır. Hər bir bayram isə dini, sosial və ya mədəni mahiyyət kəsb edər. Yeni il də bugün bir çox sekulyar ölkələrdə dini mahiyyətindən daha çox sekulyar əhəmiyyət kəsb edir və Azərbaycan da daxil olmaqla bir neçə sekulyar müsəlman ölkəsində bu bayram qeyd olunmaqdadır. Hicri təqvimə görə, müsəlmanların yeni ili Məhərrəm ayının 1-indən başlayır. Lakin dinimiz islam olsa da, dünyəvi ölkə olduğumuza görə Yeni ili məhz xristian təqviminə görə qeyd edirik. Müsəlman, lakin sekulyar ölkələr bu bayramı yeni ilin gəlişi, təqvimin dəyişilməsi niyyətiylə qeyd etdikləri halda, xristianlar özləri bu günü “Tanrının oğlu“ İsa peyğəmbərin mövludu kimi qeyd edirlər. Əgər müsəlmanlar da bu bayramı həmin niyətlə qeyd edərlərsə, o zaman bu bayramın keçirilməsi haram olardı. Biz müsəlmanlar Quranın diliylə desək, “Allahın peyğəmbərləri arasında heç bir fərq qoymuruq“ (Bəqərə, 285) və onların yalnız peyğəmbər olduğunu qəbul edirik. İldə bir neçə dəfə (digər bayramları da nəzərə alaraq) qohumların bir yerə yığılmasında, deyib-gülməsində, bir neçə növ təamları dadıb Allaha şükür etməsində zərərdən daha çox fayda və gözəllik vardır. Əgər bu gün uşaqlarımızı Yeni ilin alternativi sayılacaq islam çərçivəsində hər hansı bir düşərgələr və ya şənliklərlə daimi sevindirə bilməriksə, o zaman yalnız ildə bir dəfə qeyd olunan, heç bir dini əhəmiyyət daşımayan və uşaqların həsrətlə gözlədiyi Yeni ili qeyd etməyə mane olmamalıyıq. “Əməllər niyyətlərə bağlıdır (Buxari, Bədul-Vəhy, 1; Müslim, İmarə, 155). İnanan bir şəxsin niyyəti onun əməlində gözəl olmalıdır, inanmayanın niyyəti isə hər zaman əməllərindən daha pis olur. #Hacı# #Şahin# #Hacı# #Ramil#2020##yeni#
Hide player controls
Hide resume playing