Görüşün baş hakimi Estoniyadan Euqen Xyarms idi. Oyunun ilk hissəsində Banişevski dubl edərək “Neftyanik“i hesabda önə çıxardı. İkinci hissədə isə son nöqtəni Markarov qoydu və yekunda “ağ-qaralar“ 3:0 hesabıyla qələbə qazanaraq, tarixində ilk dəfə olaraq SSRİ çempionatının medallarını qazandı. Həmçinin bu nəticə ilə futbol üzrə SSRİ yüksək liqasında medal qazanmış ilk Azərbaycan klubu kimi tarixə düşdü.
Hide player controls
Hide resume playing