Kreml lideri Qərbin siyasi ambisiyalarına dair nəzəriyyəsini Ukrayna böhranı ilə əlaqələndirib. O, Amerika və onun müttəfiqlərinin Urkaynada keçmiş prezident Viktor Yanukoviçin hakimyyətdən devrilməsilə nəticələnmiş, onun sözlərilə, “dövlət çevrilişi”nə görə məsuliyət daşıdığını deyib. Rusiya ilə yaxın əlaqələri olan Viktor Yanukoviç kütləvi nümayişlər nəticəsində Kiyevi tərk edib. Putinin sözlərinə görə, bu, Ukraynada qarışıqlıq, vətəndaş müharibəsi və dağıntılara səbəb olub.
Hide player controls
Hide resume playing