Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. Ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.
Hide player controls
Hide resume playing