Bərdənin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasından 4 il ötür 2-ci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 4 il ötür. 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini “Smerç” raketləri ilə atəşə tutub. Nəticədə biri azyaşlı olmaqla 5 dinc sakin şəhid olub, 13 nəfər isə xəsarət alıb. Bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib. Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə Ermənistan Silahlı Qüvvələrinin hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Bərdənin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasından 4 il ötür 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #ermənistan #bərdə #müharibə #rakethücumu #ildönümü #bərdəyəhücum
Hide player controls
Hide resume playing