Myvideo

Guest

Login

Bhmn Vtnolu - Dnya

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Şeir: Bəhmən Vətənoğlu - Dünya Səsləndirmə: Bəhmən Vətənoğlu Biraddımla'ya YouTubeda abunə olmaq: Biraddımla'nın sosial şəbəkə ünvanları: Instagram: Facebook: Telegram: E-poçt: biraddimlayol@ BƏHMƏN VƏTƏNOĞLU - DÜNYA Mərddən əsirgəyir öz sərvətini, Namərdə xəsisə mərddi bu dünya. Zalıma məzlumdu, məzluma zalım, Yaman amansızdı, sərtdi bu dünya. Hər ayın, hər ilin durub qəsdində, Həm şərbət, həm zəhər tutub dəstində. Milyonlar zər atır onun üstündə, Sonu görünməyən nərddi bu dünya. Eyş ilə işrətdi, ay Vətənoğlu, Dərd ilə möhnətdi, ay Vətənoğlu. Çəkməsən ləzzətdi, ay Vətənoğlu, Çəksən özü boyda dərddi bu dünya. Atamı, anamı aldın əlimdən, Axırda qoydunmu tək məni, dünya. Yerdən-yerə vura-vura sınadın, Çəkdin imtahana çək məni, dünya. Elə körpəlikdən qəsdimə girdin, Əziyyət camında əzab içirdin. Xəlbirin gözündən yaxşı keçirdin, Xəlbirdən ələyə tök məni, dünya. Şeş verib, yek verib mənim də nərdim, Vaxt olub qarşımda diz çöküb dərdim. Sənin tufanına çox sinə gərdim, İndi əssə yıxar meh məni, dünya. Hər saat söz olub düzülmək olmur, Bal tək ürəklərə süzülmək olmur. Sən elə gözəlsən üzülmək olmur, Bəlkə bir də bitdim ək məni, dünya. Səbrim tükənəndə səbri itirdin, Verdiyin qərarı əmri, itirdin. Günü günə satdın ömrü itirdin, Nə yaman aldatdın Bəhməni, dünya. “... Bəhmən Vətənoğlunun adı harada çəkilir, oradan mütləq Kəlbəcərin ətri gəlir. Şairin yazdıqları illər boyunca çap olunmayıb, şeir sərrafı olmayanlar tərəfindən bəyənilməyib və: «Həmişə də deyiblər ki, yaxşısını göndərin. Elə bu kimi hallara görə onun yazıları uzun müddət çap buraxılmayıb». Qaçqınlıq vaxtı o da Gəncəyə köçmüşdü. Məskunlaşdığı yerdən Murovdağ görünürdü, həmişə də baxıb köks ötürürdü. Vətən həsrəti çəkmək ağır gəlirdi Bəhmənə. O da bu həsrətini kağıza tökürdü, bəlkə də buna görə “Vətənoğlu“ deyirdi özünə.. Ən çox Vətəndən yazdığı üçün.. Ya da cəmiyyətdəki ədalətsizliklərə qarşı çıxıb xalqın əzablarını yazırdı deyə özünü “Vətənin bir oğlu“ hesab eləyirdi.. O, həqiqətən xalqın şairi idi. Sovetin ən kəskin tənqidi Bəhmənin şeirlərində öz əksini tapırdı. Bunu kiçik bir şeir misrasından belə anlamaq olar: Tarixdə tarixi bir iş görmədik Özümüzü öyə-öyə qırıldıq, Yaltaqlana-yaltaqlana ruslara Erməniyə söyə-söyə qırıldıq.. “ #behmenvetenoglu #dünya #dunya #biraddimla #biraddimlayol

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later