Şuşanın Cıdırdüzündə “Qarabağ şikəstəsi“ muğamı Ritmik Azərbaycan muğamlarından biri olan “Qarabağ şikəstəsi“nin sözləri bayatılardan toplanmış və müəllifi Azərbaycan xalqıdır. Əzizinəm, hey Qarabağ, Şəki, Şirvan, Qarabağ, Ay qadan alım hey. Aləm ay cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ, Ay qadan alım hey. Könlüm keçir, ədə balam, Qarabağdan, Gah o dağdan, gah bu dağdan, Ay aman, aman. Axşamüstü hey qoy uzaqdan Havalansın Xanın səsi, Qarabağın şikəstəsi. Ay qadan alım hey aman hey. Aləm ay cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ. Sevirem ay, sevirəm ay, Sevirəm, ay qadan alım hey. Oxuyur və ifa edirlər: Nisbət Sadrayeva, Rüstəm Müslümov, Salahov Elnur, Siyavuş Kərimov, Xəyal Hüseynov.
Hide player controls
Hide resume playing