Myvideo

Guest

Login

Adn doruldub n uca zirvy atan hid Elbrus Bayramov!

Uploaded By: Myvideo
2 views
0
0 votes
0

Elbrus Eyvaz oğlu Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 1986-cı il dekabrın 1-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində vuruşub. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və oktyabrın 2-də Füzuli döyüşləri zamanı Qərvənd istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Elbrus Bayramova “Vətən Müharibəsi Qəhrəmanı“ adı verilib. O, ölümündən sonra “Vətən uğrunda“ medalı ilə təltif edilib. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş Elbrus Bayramov şəxsi igidliyi və şücaətinə görə Prezident İlham Əliyevin il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Füzulinin azad olunmasına görə“ medalı ilə təltif edilib. #ictimaitv #video #televiziya #baku #videolar #itv

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later