Myvideo

Guest

Login

Rusiyada ilyn azrbaycanllar nlr gzlyir

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Rusiya Ukrayna ilə müharibəyə başlayandan sonra miqrantlara qarşı davranışları da sərtləşib. Analitiklər bunu ideoloji səfərbərliklə izah edirlər. Vəziyyət bu ilin martından daha da pisləşdi. Moskvadakı ticarət mərkəzində terror aktı, Rostov və Volqoqradda təcridxanalarda üsyan, həbsxana işçilərinin girov götürülərək qətlə yetirilməsi. Bu hadisələrin arxasından Orta Asiyadan olan miqrantlar və radikial islamçılar çıxdı. Bundan sonra bütün Rusiya saxlanılanların milliyyətini vurğulamağa başladı. Bu, hökumətə miqrantlara qarşı sərt davranmaq üçün əsas yaratdı. İndi miqrantlar Rusiyada heç vaxt olmadığı qədər sərt qadağalarla üz-üzədir. Yeni qanuna əsasən, əcnəbilərə taksi və avtobus sürmək, qida sektorunda çalışmaq, tütün məmulatları və spirtli içkilər satmaq, bağçalarda işləmək qadağandır. Bu da son deyil. Miqrantlar ailələrini özləri ilə Rusiyaya gətirə bilməyəcək. Rusiyaya işləməyə əsasən Orta Asiyadan, eləcə də Ermənistandan və Azərbaycandan gedirlər. Azərbaycanda ailəsini Rusiyada işləməklə dolandıran minlərlə insan var. Sərt qadağalar bu azərbaycanlılara necə təsir edəcək? Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərovun reportajı. Bizi İzləyin: Whatsapp: Facebook: Instagram: Teleqram: Sayt: Copyright © İCTİMAİ TV #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later