Myvideo

Guest

Login

Bakda yaay olan bina sklr - BAKU TV

Uploaded By: Myvideo
9 views
0
0 votes
0

Bakıda yaşayış olan bina sökülür - BAKU TV Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 4 ünvanında yerləşən binada özəl şirkətlərdən biri söküntü işləri aparır. Sakinlərin əksəriyyətinin hələ də burada yaşamasına baxmayaraq, tikinti şirkəti heç nəyə əhəmiyyət vermədən söküntü işlərini davam etdirir. Bu da təbii olaraq onların etirazına səbəb olub. Binada söküntü işlərini həyata keçirən Mənzil Tikinti Kooperativinin nümayəndəsi Zaur Rəsulzadə məsələ ilə bağlı Baku TV-yə açıqlama verib. O da öz növbəsində sakinlərdən şikayətlənib. Z.Rəsulzadənin sözlərinə görə, binadakı 150 ailədən 130-u artıq köçürülüb və bunun qarşılığında onlara müəyyən kompensasiya da verilib. Digər 20 ailə isə təklif edilən məbləğlə razı olmadığından binanı tərk etmək istəmir. “120 kvadratmetr olan evə 1 milyon pul istəyirlər. Onlar tikinti işlərinin dayandırılmasına çalışırlar”, - deyə o əlavə edib. Bakıda yaşayış olan bina sökülür © 2023 © All Rights Reserved ℗ Baku TV #bina #sokuntu #sirket

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later