Paşinyan Kremli niyə əsəbiləşdirdi? | Rusiya XİN-dən açıqlama Mayın 24-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün geri çağırılıb. Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, elan edilən hər şey artıq elan edilib, məsləhətçilər, birinci katiblər, attaşelər gəlirlər. Maraqlı məqam odur ki, rəsmi Moskva səfiri erməni Baş nazir Nikol Paşinyanın “2020-ci ildə Ermənistana qarşı 44 günlük müharibənin hazırlanmasında iki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkəsi iştirak edib” deməsindən sonra geri çağırıb. Ehtimal olunur ki, şinyanın bu sözü Kremldə xoş qarşılanmayıb. Ancaq səfirin bir sözə görə çağırılması da bir qədər şübhəli görünür. Çünki son günlər iki ölkə arasında olduqca maraqlı hadisələr baş verir. İrəvan və Qərb getdikcə daha çox yaxınlaşır, bu isə Ermənistanın Rusiyadan uzaqlaşması fonunda baş verir. Üstəlik, “Xarici agentlər haqqında” qanuna görə Qərbin Gürcüstanla münasibətlərində gərginləşmə var. Belə görünür ki, Gürcüstanla əməkdaşlıq mümkün deyil. Buna görə də Qərb regionda daha çox Ermənistanda möhkəmlənməyə çalışır. Mayın 21-də ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin direktor müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyəti İrəvanda səfərdə olub. səfərindən dərhal sonra Rusiya Prezidenti Vladimir Putinin yeni köməkçisi, Təhlükəsizlik Şurasının keçmiş katibi Dmitri Patruşev Ermənistana gəlib və Gümrü bazasında görüşlər keçirilib. şev Rusiya kəşfiyyat sisteminə rəhbərlik etmiş şəxsdir və hazırda da bu sahəyə nəzarət onun əlindədir. ABŞ kəşfiyyatının ikinci adamının İrəvana səfəri zamanı Kreml dərhal şevi göndərməklə vəziyyətdən nə qədər narahat olduğunu göstərib. Ehtimal ki, Ermənistan Qərb qarşısında Rusiya və onun nəzarətində olan təşkilatlara qarşı sərt addımlar atmağı düşünür. Rəsmi İrəvan KTMT-də konkret fəaliyyətini dondurub, Rusiya qoşunlarını sərhəddən çıxarıb. Hazırda isə gedişat Ermənistanın KTMT-ni tərk edəcəyini və hətta Gümrü hərbi bazasının bağlanacağı ehtimalının mümkünlüyünü deməyə əsas verir. Elə son zamanlar Ermənistan hakimiyyətinin Rusiya və KTMT-yə qarşı ritorikası da olduqca sərtdir. Əgər əvvəllər əsasən parlamentin sədri Alen Simonyanın və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın bu cür çıxışlarına şahid olurduqsa, artıq Nikol Paşinyan da Rusiyaya qarşı sərt ritorikaya keçib. Bunun nəticəsində isə rusiyalı səfir ölkəsinə geri çağırılıb. Bu isə iki ölkə arasındakı məsələlərin diplomatik yolla həllinin artıq mümkün olmadığını göstərir. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Paşinyan Kremli niyə əsəbiləşdirdi? | Rusiya XİN-dən açıqlama 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #paşinyan #kreml #rusiyasəfiri #rusiya #irəvan #xariciagentlər #gürcüstan #ermənistan #abş #putin
Hide player controls
Hide resume playing