Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı “Danabaş kəndinin əhvalatları“ və 1921-ci ildə yazdığı “Danabaş kəndinin müəllimi“ əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır. Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır. Rollarda: Həsənağa Turabov — Cəlil Məmmədquluzadə; Cəlilin atası Elmira Şabanova — Həmidə İlham Səfərov — Cəlil (uşaq) Ruslan Nəsirov — Əhməd Həsən Məmmədov — Məmmədhəsən Şükufə Yusupova — İzzət Vaqif İbrahimoğlu — Xudayar bəy Leyla Şıxlinskaya — Zeynəb Zərnigar Ağakişiyeva — Şərəf Fəxrəddin Manafov — İsgəndər Məmməd Bürcəliyev — Rəşid bəy Mərahim Fərzəlibəyov — Müəllim Həsənov Nəsibə Zeynalova — Səkinə Sona Mikayılova — Cəlilin anası Natiq Abdullayev — Vəliqulu
Hide player controls
Hide resume playing