Bu funksiya məlumat bazasından ancaq unikal dəyərləri seçib çıxarır. Sintaksisi: UNIQUE (array; [by_col]; [exactly_once]). 1. Array – Unikal dəyərləri çıxaracağımız diapazon 2. By_col – Bu parametrin 2 tipi var: a) TRUE (1) – unikal sütunları qaytarır b) FALSE (0) – unikal sətirləri qaytarır 3. Exactly_once – Bu parametrin də 2 tipi var: a) TRUE – yalnız bir dəfə yazılan dəyərləri çıxarır diapazondan b) FALSE – təkrarlanan dəyərləri unikallaşdırır.@misterexcel
Hide player controls
Hide resume playing