İlhamə Qasımova - “Ömrüm“ (mus: Eldar Mansurov, söz: Anar Rzayev). Ömrüm Qəlbimdən arabir keçir xəyalın, Ömrümün o uzaq ilk baharıtək. Solan surətindir gözüm önündə, Başqa bir həyatın yadigarıtək. Keçib getdi ömrüm bir an içində, Gedib qayıtmayan qatarlar kimi. Günlərim, illərim gözümdən itdi, Göydə yolun azan durnalar kimi. Doyunca görüşüb, danışmadıq biz, Ömründə ömrümdən qalmadı bir az. Bu dünya tünlükdü – bilirsən özün, Bəlkə o dünyada qaldıq ikimiz. ALL RIGHT RESERVED ! BÜTÜN HÜQUQLAR QORUNUR! ВСЕ ПРАВА ЗАЩИЩЕНЫ ! Copyright © Eldar Mansurov
Hide player controls
Hide resume playing