Myvideo

Guest

Login

Novruz | eyx Qamt Sleyman

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Cəmiyyətimizdə böyük təm-təraqla qeyd olunan bayramlardan biri də — «Novruz»-dur. Xalq arasında «Novruz adətləri» kimi qəbul olunan bu bayram dinimiz ilə haram hesab olunurlar. Müsəlmanların bayramlarının simvolik özəlliyi isə, şükür, ibadət və insanlara yaxşılıq etmək’dir. İslamın haram statusunu verdiyi simvolik Novruz adətlərinə misal olaraq: Tonqal üzərindən yeddi dəfə tullanaraq odun günahları silməsinə etiqad etmək (ki, günahları yalnız Allah bağışlayır), qapı pusmaq (ki, əslində xainlik hesab olunmalıdır), fala baxmaq (ki, ən böyük haramlardandır) və s. Təbii ki, “bu, sadəcə simvolik bir adətlərdir” deyə düşünə bilərsiniz. Lakin, İslam bayramlarında, simvolik də olsa, batil əməllər müşahidə etmək mümkündürmü? Təkcə bu amil, haqq və batili müəyyən etmədə çox mühüm amildir. Peyğəmbərimiz ﷺ Mədinəyə gələrkən bir qrup insanın oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. «Bu günlər nədir?» — deyə soruşduqda, onlar: «Cahiliyyət dövründə bu iki gündə oynayardıq..» — dedilər. Peyğəmbərimiz ﷺ isə belə buyurdu: «Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları.» Allaha və Onun göndərmiş olduğu Elçiyə ﷺ həqiqi mənada iman etmiş bir insan, bu bayramın zahirən gözəl görünsə də, əslində necə batil bir bayram olduğunda şübhə etməməlidir. Axı necə ola bilər ki, belə bir «gözəl bayram» olsun və nə Peyğəmbərimiz ﷺ, nə Onun Əhli-Beyti, nə də digər səhabələr bunu qeyd etməmiş olsun?! Axı O, insanı dünya və axirətdə xoşbəxt edəcək hər şeydən xəbər vermək üçün gəlmişdi. #ŞeyxQamətSüleyman #Xurafat

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later