KİMİ DƏDƏ ŞƏMŞİR Namərd sənin qulluğunda qul olar, Öz işi düzəlib bitənə kimi. İrişə-irişə üzünə gülər, Əli bir tərəfə çatana kimi. Dostunu tanımaz nadan sərsəri, Bu, elin sözüdür nə vaxtdan bəri. Qoy sellər aparsın nanəcibləri, Bax dalınca gözdən itənə kimi. Namərdin ox sözü qəlbimə dəydi, Büküb qamətimi qəddimi əydi. Bildirçin də bir ay payızda bəydi, Darı sünbülündə yetənə kimi. Adam var görkəmi xeyri bildirər, Adam var ev yıxar, adam öldürər. Adam var məclisdə eli güldürər. Aşıqlar sazını çalana kimi.
Hide player controls
Hide resume playing