Myvideo

Guest

Login

Dvlt xyantd ittiham olunan tal tdqiqats kimdir

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Belarusda yaşayan milli azlıqlar üzrə tədqiqatçı İqbal Əbilov dövlətə xəyanət, dövlət əleyhinə yönələn açıq çağırışlar, həmçinin bu xarici təşkilatların tapşırığı ilə törədildikdə ittihamlarıyla həbs olunub. Əbilov isə elan olunan ittihamları rədd edib. Bəs hökumət mediasının məhkəmə qərarı olmadan casus elan etdiyi, talış fəalların isə fəxr elədiyi İqbal Əbilov kimdir? 35 yaşlı Əbilov Belarusda böyüyüb. Belarus Dövlət Universitetində beynəlxalq münasibətlər fakültəsini aspirantura pilləsinədək tamamlayıb. Ata Şahin Əbilov deyir ki, oğlu etnoqrafiya üzrə ixtisaslaşıb, Çindən Türkiyəyədək müxtəlif etnik qruplarla bağlı tədqiqatlar aparıb. O, həmçinin talış tarixi, talış dili ilə bağlı məqalələr yazıb. Repressiya qurbanı olmuş etnik talışların həyatına işıq tutub. İqbal Əbilov həmçinin, Talış Milli Akademiyasının xəbərləri adlı virtual jurnalın baş redaktoru olub. Talış tədqiqatçılar qrupu olan Akademiyanın jurnalında illər öncə Yerevan Dövlət Universitetinin professoru Qarnik Asatryanla müsahibə dərc olunub. Hökumət mediasında yayımlanan sujetlərdə də Əbilovun vətənə xəyanət ittihamı həmin şəxslə əlaqələndirilir. İyulun 22-də toy mərasimində iştirak üçün ölkəyə gələn İqbal Əbilov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq, həbs edilib. İyulun 31-də Bakı Apellyasiya məhkəməsi Əbilovun barəsində seçilən 4 aylıq həbs-qətimkan qərarını qüvvədə saxladı. Əbilov Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır. Ailəsilə görüşə və telefon danışığına icazə verilmir.

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later