#APATV #İran #etiraz #aksiya #Zahidan #GüneyAzərbaycan #Bəsic #Azərbaycanbayrağı #Ərdəbil #Şiraz #Bircənd #parlament #Çabəhar #Mərivan #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi İranda etirazçılar GÜLLƏLƏNİR: 2000 nəfərin taleyi naməlumdur – APA TV Bu gün İrandakı etiraz aksiyalarının 53-cü günüdür. APA TV xəbər verir ki, İran İnsan Haqları Təşkilatının noyabrın 7-ə yaydığı məlumata görə, aksiyalarda 50 uşaq olmaqla, 319 nəfər hökumət məmurları tərəfindən öldürülüb. Məlumatda 15 mindən çox saxlanılanların olduğu bildirilir. Qeyd olunub ki, saxlanılanların 600-ə yaxını tələbələrdir və 2000 nəfərdən çox etirazçının taleyi haqda məlumat yoxdur. Hökumət qüvvələri tərəfindən daha çox şiddətə məruz qoyulduğu iddia edilən Zahidan şəhərində Bəsic qüvvələri ilə etirazçılar arasında şiddətli qarşıdurmanın olduğuna dair videogörüntülər də paylaşılmaqdadır. Bundan başqa, Güney Azərbaycanda keçirilən aksiyalar zamanı şəhərin mərkəzi yerlərində Azərbaycan bayrağının asıldığı vidoegörüntüklər paylaşılıb. Artıq İran parlamentində də hökumət qüvvələrinin insanlara qarşı zorakı davranması ilə bağlı narazılıqlar yaranıb. Belə ki, Sistan-Bəluçistan əyalətinin Çabəhar şəhərinin İran parlamentindəki nümayəndəsi Moiyəddin Səidi məmurların əhaliyə qarşı silaha əl atmasını faciə adlandırıb. Qeyd edək ki, İnsan haqları fəallarının verdiyi məlumata görə İranın Mərivan şəhərində təkcə dünən gündüz saatlarında keçirilən aksiyalarda 35 nəfər güllə yarası alıb. Sosial şəbəkələrin İran seqmentində paylaşılan görüntülərdə Mərivan şəhəri döyüş bölgəsini xatırladır. Dünən etnik bəluçların yaşadığı Xaş şəhərində də qarşıdurma yaşanıb. Belə ki, qəzəbli etrirazçılar İran bayraqlarını yandırıblar. Daha sonra ərazi üzrə administrasiya binasına hücum ediblər. Hökumət qüvvələri ilə yaranmış qarşıdurmada bir neçə aksiya iştirakçısı güllələnib. İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Ərdəbil, Şiraz və Bircənd şəhərlərinin zindanlarında 8 məhkum edam edilib. Qeyd olunub ki, ümumilikdə isə hökumətin edam maşını əvvəlki dövrlərlə müqayisədə 98 faiz artıb. ✅ Rəsmi saytımız: ✅ Rəsmi facebook səhifəmiz: ✅ Rəsmi instagram səhifəmiz: ✅ Rəsmi twitter səhifəmiz: ✅ Rəsmi teleqram səhifəmiz: ✅ Rəsmi youtube kanalımız: Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@
Hide player controls
Hide resume playing