Myvideo

Guest

Login

Mirfayaz Likmkani - zizim (qzl)

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Qəlbim nə zamandır sənə ünvandır, əzizim, Tum cismimi sənli eləyən qandır, əzizim. Könlümdə xəyanət toxumu olsa da, bitməz, Hər ehtimala qarşı onu yandır, əzizim. Rüxsarını bir dəm ki xəyal etməsəm, olmaz, Zülfün kimi halım da pərişandır, əzizim. Vəslində dəyərsizdi, sevən çəkməsə həsrət, Qiymətli edən sevgini hicrandır, əzizim. Qurban verilər niyyətə çatdıqda, canım da- Yandıqca yolunda sənə qurbandır, əzizim. Mə'na qataraq ömrümə ziynət verənimsən, Dünyadə varım bir vəfa, bir candır, əzizim. Çevrildi sözə, sənətə, sevdam qəzəl oldu, İndi mənə əhsən deyən hər yandır, əzizim. Sən nazlı, gözəl sevgili Leylası olandan, Çün Mirfayaz eşqində qəzəlxandır, əzizim. Mirfayaz Likməkani #mirfayazlikmekani #qəzəl #ədəbiyyat #əruz

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later