Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad edilmiş ərazilərə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması ilə bağlı növbəti layihəyə start verib. Qurumdan bildirilib ki, hazırda ölkənin bütün giriş qapılarından başlayan yollara Şuşa şəhərinə qədər məsafəni bildirən məlumatverici lövhələr quraşdırılır. Məqsəd Azərbaycana gələnlərə işğaldan azad edilmiş əraziləri tanıtmaqdır. Məlumatverici lövhələr ilkin mərhələdə Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Samur, Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qırmızı körpü və Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Astara sərhəd keçid məntəqələri hissəsində olan magistral avtomobil yollarında quraşdırılıb. Növbəti mərhələdə anoloji məlumatverici lövhələrin Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi avtomobil yolunun Ağbənd hissəsində də quraşdırılması nəzərdə tutulur.
Hide player controls
Hide resume playing