Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələn mayor Rüfət Əsgərovun doğum günündə xatirəsi yad olunub. Anım mərasimində şəhidin ailəsi, dostları, döyüşçü və hərbçi yoldaşları, o cümlədən Müdafiə Nazirliyinin əməkdaşları, Xətai rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları II Fəxri xiyabanda dəfn olunan igidimizin qəbrini ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyublar. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən anım mərasimində şəhid zabitin şərəfli həyat yolundan, onun torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşməsindən, cəsarət və qorxmazlığından, Vətəninə, torpağına, elinə-obasına bağlılığından danışılıb. Çıxış edənlər Rüfət Əsgərov kimi vətənpərvər oğullarımızın xalqımızın yaddaşında əbədi ya
Hide player controls
Hide resume playing