Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin növbəti görüşü - Baku TV Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərindən ibarət üçtərəfli İşçi qrupun 8-ci iclasının ilk hissəsi keçirilib. Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya baş nazirinin müavini Aleksey Overçuk iştirak edib. İclasda 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri, habelə bu istiqamətdə görülən işlər müzakirə olunub. Həmçinin yaxın vaxtlarda 8-ci görüşün ikinci hissəsinin keçirilməsi razılaşdırılıb. ________________________________ Pulsuz Elanlar: Website: Bizi izləyin: **** Bizi Sosial Şəbəkələrdə izləyin Facebook: Instagram: Tiktok:
Hide player controls
Hide resume playing